Anar Salmanov Avstriya çempionatının oyununu idarə edəcək
18 dekabr 2012 17:58 (UTC +04:00)

Anar Salmanov Avstriya çempionatının oyununu idarə edəcək

Azərbaycanın beynəlxalq dərəcəli futbol hakimi Anar Salmanov Avstriya çempionatının oyununu idarə edəcək. Bu barədə Lent.az-a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.

 

O bildirib ki, Salmanov Avstriyanın I divizionunun oyunlarından birini idarə edəcək. 2013-cü ilin fevralında keçiriləcək oyunun hansı komandalar arasında keçiriləcəyi və dəqiq tarixi hələ dəqiqləşməyib. Onun üçün FİFA tərəfindən ayrılan kurator avstriyalı olduğu üçün məhz öz ölkəsindən oyun idarə etməyi təklif edib.

 

Məmmədov, həmçinin bildirib ki, Salmanov gələn il də ölkəmizi beynəlxalq dərəcəli hakim kimi təmsil edəcək. Daha iki hakim isə dəyişdirilib. Fariz Yusifov və Vüsal Əliyev yaşlarının çoxluğu və beynəlxalq oyunlara çox az təyinat almaları səbəbindən geri çağırılıblar. Onları gənc referilər Orxan Məmmədovla Əliyar Ağayev əvəzləyib.

# 1100
avatar

Oxşar yazılar