Azərbaycan-Portuqaliya matçının başlama saatı açıqlandı
18 dekabr 2012 17:50 (UTC +04:00)

Azərbaycan-Portuqaliya matçının başlama saatı açıqlandı

Futbol üzrə Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində keçirəcəyi daha bir oyunun başlanma vaxtı və stadionu müəyyənləşib. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimiz Portuqaliya yığmasını 2013-cü il martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

 

Oyun saat 21:00-da başlanacaq.

# 1047
avatar

Oxşar yazılar