Azərbaycanın ən titullu futbolçusunun baş məşqçisi avtoqəzada öldü
19 dekabr 2012 10:46 (UTC +04:00)

Azərbaycanın ən titullu futbolçusunun baş məşqçisi avtoqəzada öldü

Ukraynalı futbol məşqçisi Anatoli Zayayev avtomobil qəzasında ölüb. Lent.az-ın məlumatına görə, qəza Xarkov – Simferopol yolundakı Melotopol yaşayış məntəqəsinin 2 km-də baş verib.

 

Zayayevin idarə etdiyi avtomobil əks zolağa çıxaraq evakuatorla toqquşub. Zərbənin gücündən onun maşını yanıb. Hadisə yerinə yanğınsöndürənlər gəlsələr də, təcrübəli mütəxəssisi xilas edə bilməyiblər.

 

Qeyd edək ki, Ukraynanın əməkdar məşqçisi Anatoli Zayayev 1992-ci ildə “Tavriya” komandasının baş məşqçisi qismində ölkənin ilk çempionu adını qazanıb. 1993-1994-cü illərdə isə “Tavriya” Ukrayna Kubokunun finalçısı olub. Azərbaycanın ən titullu futbolçusu Mahmud Qurbanov, yığmamızın keçmiş qapıçısı Cahangir Həsənzadə, müdafiəçi İlham Yadullayev və hücumçu Vadim Vasilyev 2003-cü ilin avqustundan 2004-cü ilin yayınadək “Neftçi”də onun rəhbərliyi altında çıxış edib. Zayayev 2012-ci ilin iyulundan Zaporojye “Metallurq”unun idman direktoru idi.

# 1262
avatar

Oxşar yazılar