Bakıda keçirilən I Dünya Futbol Kubokunda qrup mərhələsi yekunlaşıb
09 iyul 2013 12:38 (UTC +04:00)

Bakıda keçirilən I Dünya Futbol Kubokunda qrup mərhələsi yekunlaşıb

Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında Bakıda keçirilən I Dünya Futbol Kubokunda qrup mərhələsi yekunlaşıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “A” qrupunda Azərbaycan komandası maksimum nəticə göstərərək bütün oyunlardan qalib ayrılıb.

 

3 oyundan 9 xal toplamış komandamız qapılardan 9 top keçirib və bir dəfə də olsun qol buraxmayıb. Son oyunda İraq komandası üzərində 3:0 hesabı ilə əldə edilən qələbə komandamızı qrup birinciliyinə yüksəldib.


“B” qrupunda isə Əlcəzair Fransaya 4:1, Bəhreyn isə Keniyaya 2:0 hesabı ilə qalib gəlib. Bununla da qrup ikincisi olan Bəhreyn ¼ finalda Azərbaycanla, qrup birincisi olan Əlcazair isə İraqla qarşılaşmalı olacaq.


“C” qrupunda Oman Kot D İvuardan 2:1 hesabı ilə üstün olaraq qrup birinciliyinə yüksəlib.
 

“D” qrupunda isə Kamerun Qətər üzərində 2:1 hesabı ilə qalib gələrək qrup birinciliyini rəsmləşdirib. Bununla da ¼ finalda “C” qrupunun birincisi Oman “D” qrupunun ikincisi Qətərlə, “D” qrupunun birincisi Kamerun isə “C” qrupunun ikincisi olan Kot-Divuarla qarşılaşmalı olacaq.


Bütün ¼ final oyunları (Azərbaycan - Bəhreyn, Əlcəzair - İraq, Oman - Qətər, Kamerun - Kot-Divuar) iyulun 10-da saat 21.00-da “Dalğa”, “Bayıl”, “Şəfa” və “Zirə” stadionlarında keçiriləcək.


Azərbaycan-Bəhreyn oyunu AzTV-də və cempionatın rəsmi internet səhifəsində (www.cism-wft2013.az) canlı yayımlanacaq. Eyni vaxtda “İdman Azərbaycan” kanalında digər bir ¼ oyunu da canlı olaraq nümayiş ediləcək.

 

# 654
avatar

Oxşar yazılar