Futbol üzrə MDB çempionatı: layihə hazırlanıb UEFA-nın təsdiqinə veriləcək
14 dekabr 2012 10:54 (UTC +04:00)

Futbol üzrə MDB çempionatı: layihə hazırlanıb UEFA-nın təsdiqinə veriləcək

 

 

 

Yaxın vaxtlarda futbol üzrə MDB çempionatının layihəsini işləyib hazırlamaqla məşğul olan komitə yaradılacaq. Lent.az-ın məlumatına görə, bu barədə Rusiya Futbol Premyer Liqasının (RFPL) prezidenti Sergey Pryadkin keçirdiyi mətbuat konfransında açıqlama verib.

 

O bildirib ki, yekun konsepsiya UEFA-nın təsdiqinə veriləcək.

 

“Zenit”in prezidenti Aleksandr Dyukov isə MDB çempionatı layihəsi ilə məşğul olan təşəbbüs qrupuna bu klubdan əlavə, “Anji” və MOİK-in də daxil ediləcəyini söyləyib. O, digər klubların da bu qrupa qoşulmasının mümkünlüyünü bildirib.

 

MOİK-in prezidenti Yevgeni Giner isə MDB çempionatı ideyasının məlum “Dinamo”- “Zenit” matçı ilə əlaqəli olmadığını açıqlayıb. Onun sözlərinə görə, bu layihə ilə məşğul olmağa UEFA-dakı dəyişikliklər imkan verib. Artıq Avropa futbol qurumu birləşmiş turnir ideyasına fərqli yanaşmağa başlayıb. Giner bildirib ki, yeni liqaya “neytral şəxs” rəhbərlik etməlidir. Həmin insan isə Pryadkin olmalıdır.

 

RFPL-in rəhbəri layihənin ona maraqlı göründüyünü söyləsə də, MDB çempionatına rəhbərlik etməsinin nə dərəcədə mümkünlüyünü şərh etməyib.

 

# 734
avatar

Oxşar yazılar

"Qalatasaray" 6 qolla qalib gəldi

"Qalatasaray" 6 qolla qalib gəldi

6 may 2024 , 01:50
Argentinanı dünya çempionu edən baş məşqçı öldü

Argentinanı dünya çempionu edən baş məşqçı öldü

5 may 2024 , 23:35
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

5 may 2024 , 19:05
“Bakı marafonu 2024”ün qalibləri  müəyyənləşdi

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi

5 may 2024 , 14:26
“Qarabağ”da yeni müqavilə

“Qarabağ”da yeni müqavilə

5 may 2024 , 14:12
Bukmeker kontoru mərc dünyasında  inqilaba   hazırlaşır

Bukmeker kontoru mərc dünyasında inqilaba hazırlaşır

5 may 2024 , 12:59
Runi  futbol əfsanələri   ilə işləyəcək

Runi futbol əfsanələri ilə işləyəcək

5 may 2024 , 11:56
Futbol oyunu  50:0 hesabı   ilə başa çatdı

Futbol oyunu 50:0 hesabı ilə başa çatdı

5 may 2024 , 09:51