Messi təkbaşına Azərbaycanın 11 klubundan çox qol vurub
18 dekabr 2012 16:23 (UTC +04:00)

Messi təkbaşına Azərbaycanın 11 klubundan çox qol vurub

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi yeni rekorda imza atıb. Lent.az-ın məlumatına görə, argentinalı hücumçu La Liqanın 16-cı turunda “Atletiko”nun qapısına 2 qol vuraraq, cari mövsüm çempionatdakı qollarının sayını 25-ə çatdırıb.

 

Ulduz futbolçu bu göstəricidə Avropanın 5 ən güclü çempionatında (İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa) çıxış edən 96 komandadan 62-ni geridə qoyub. O, həmçinin Azərbaycan Premyer Liqasında mübarizə aparan 12 klubdan 11-ini üstələyib.

 

Hazırda milli çempionatda 17 tur arxada qalsa da, cəmi 7 komanda bu qədər oyun keçirib. Qalan klublardan 3-ü 16, 1-i 15, 1-i isə 14 oyuna çıxıb. Messi məhz ən az oyun  keçirən klubumuz “Neftçi”dən 4 top az vurub. Argentinalı hücumçu “Barselona”nın 54 qolundan 25-ini vurub. Azərbaycan Premyer Liqasının bombardiri Nikolas Kanales isə 14 oyuna 14 dəfə fərqlənib.   

 

Qeyd edək ki, milli çempionatda Lionel Messi təkbaşına “Xəzər Lənkəran”ı 1, “Qarabağ”ı 3, “Simurq”u 5, “Qəbələ”, AZAL və “Turan”ı 6, “İnter”i 8, “Rəvan”ı 9, “Sumqayıt”ı 10, “Bakı”nı 11, “Kəpəz”i isə 15 top qabaqlayır.

# 1489
avatar

Oxşar yazılar