Qazaxıstandan 1 qızıl, 1 gümüş medalla
25 dekabr 2012 17:12 (UTC +04:00)

Qazaxıstandan 1 qızıl, 1 gümüş medalla

Qazaxıstanın Karaqanda şəhərində SSRİ-nin Əməkdar İdman Ustası, Əməkdar məşqçi Qalım Jarılqapovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirə yekun vurulub. Lent.az-ın məlumatına görə, yarışda Qazaxıstan, Tacikistan, Çin, Monqolustan, Rusiya, Özbəkistan, Qırğızıstan və Azərbaycanın 143 boksçusu mübarizə aparıb.

 

Turnirdə ölkəmizi Rəhim Allahverdiyevin rəhbərliyi altında “Qızıl Əlcək” klubunun üzvləri – Araz İmaməliyev (49 kq), Kamran Orucov (56 kq), Şaban Şahpələngov (60 kq), Tapdıq Bayramov (64 kq), Elnur Süleymanov və Niyazbəy Xalayev (hər ikisi 69 kq) təmsil ediblər.

 

Boksçularımız Qazaxıstan turnirindən 1 qızıl və 1 gümüş medalla dönüblər. Şahpələngov həlledici görüşdə yerli idmançı Abdulla Nurqaliyevi məğlub edərək 1-ci yeri tutub.

 

Süleymanov isə yalnız finalda daha bir yerli boksçu Manat Umirzakova uduzaraq, gümüş medal alıb.  

 

Qeyd edək ki, Şaban Şahpələngov yarışın “ən texnikalı boksçusu” mükafatına da layiq görülüb.   

# 593
avatar

Oxşar yazılar