Sabah keçiriləcək “Real” (Madrid) – “Barselona” oyununda Kataloniya klubunun yeni transferi Luis Suaresin iştirak edib-etməyəcəyi maraq doğurur. Lent.az-ın məlumatına görə, uruqvaylı hücumçu 4 aylıq diskvalifikasiya edildiyindən, hələ “Barsa”da rəsmi oyunda debüt edə bilməyib. Artıq cəzasını başa vuran Suaresin “El-Klasiko”ya əsas heyətdə çıxacağı gözlənilir.
İspaniya mətbuatı iddia edir ki, baş məşqçi Luis Enrike 27 yaşlı forvardı ilk “11-lik”də oynatmaq niyyətindədir.