Azərbaycanlı futbolçu qəzaya düşdü
10 yanvar 2015 11:02 (UTC +04:00)

Azərbaycanlı futbolçu qəzaya düşdü

Türkiyənin "Çaykur Rizəspor" klubunun əslən azərbaycanlı futbolçusu Sercan Kaya avtomobil qəzası keçirib. Lent.az-ın haberler.com- a istinadən məlumatına görə, hadisə Trabzonun Sürmənə qəsəbəsində baş verib.  

Bu barədə futbolçu özü "twitter" hesabında məlumat verib: “ Avtomobil qəzasına düşdük. Şükürlər olsun ki, yaxşıyıq”.

Qeyd edək ki, Sərkan Kaya bir qədər əvvəl Azərbaycan millisinin heyətinə dəvət alsa da, bunu qəbul etməmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 221

Oxşar yazılar