Məktəbdə  jurnalistləri döyən  gənc boksçu imiş - VİDEO  - YENİLƏNİB
29 oktyabr 2026 12:53 (UTC +04:00)

Məktəbdə jurnalistləri döyən gənc boksçu imiş - VİDEO - YENİLƏNİB

2

Məktəbdə jurnalisti döyən idmançı olub. 

Lent.az “Trend”ə istinadən xəbər verir ki, hadisədə iştirak etdiyi bildirilən şəxslərdən biri – H.Tağılı peşəkar boksla məşğul olur.

Onun Azərbaycan Boks Federasiyasının tədbirlərinə qatıldığı, həmçinin uşaq futbol klublarından birində oynadığı bildirilir.

Sözügedən insidentdən bir neçə saat sonra gəncin sosial şəbəkədə hadisə ilə bağlı bir paylaşıma rəy yazdığı da məlumdur. Belə ki, o, görüntüləri şərh edən internet istifadəçilərinə “Instagram” profilindən “heç kim bilib-bilmədən fikir bildirməsin”, - deyə yazıb.

***

saat 22:00

Xəbər verdiyimiz kimi, bu gün 225 nömrəli tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdi 4-cü mərtəbənin pəncərəsindən özünü atıb.

Lent.az xəbər verir ki, hadisə ilə əlaqədar məktəbə çəkilişə gedən televiziya əməkdaşlarına hücum olub. 

Nəticədə məktəbdə çəkiliş aparan 2 telekanalın operatoru döyülüb. 

Polis əməkdaşlarının həyata keçirdiyi operativ tədbirlərlə TV əməkdaşlarına xəsarət yetirən şəxslər müəyyən edilərək saxlanılıblar. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 1932

Oxşar yazılar