Yurgen Kloppu görün hansı klubda görmək  istəyirlər
12 sentyabr 2025 15:06 (UTC +04:00)

Yurgen Kloppu görün hansı klubda görmək istəyirlər

0

Yurgen Klopp məşqçilikdən qeyri-müəyyən müddətə uzaqlaşanda onun heç vaxt geriyə qayıtmayacağına inananlar az idi. Çox güman ki, almaniyalıya bir zamanlar sahib olduğu ehtirasını geri qaytarmaq üçün bir neçə il lazım olacaq.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu arada, çoxsaylı jurnalistlər Kloppun rəhbərlik edə biləcəyi komandalar haqqında daim müxtəlif məlumatlar yayırlar. Özünün dediyi kimi, çətin ki, bu, “Liverpul”dan başqa Premyer Liqanın başqa klubunda işləsin. “Dortmund”da da vəziyyət oxşardır. Bəs başqa çempionat?

"Benfika"da yaxın vaxtlarda klub prezidenti seçkiləri keçiriləcək. Hazırda əfsanəvi Ruy Koştanın tutduğu posta namizədlər seçki proqramlarını nümayiş etdirirlər.

Bu insanlardan biri, Kristovao Karvalyu “Benfika”nın hazırkı baş məşqçisi Bruno Lajeni vəzifəsindən uzaqlaşdıracağını və onun yerinə Yurgen Kloppu dəvət edəcəyini vəd edib.

"Bruno Laje müqaviləsi bitdikdən sonra qalmayacaq. Mənə artıq Çempionlar Liqasını qazanmış və “Benfika” ilə Çempionlar Liqasını qazanmaq istəyən yüksək səviyyəli məşqçi lazımdır”, - Karvalyu deyib. 

O, əlavə edib ki, ağlına yalnız bir ad gəlir: “Yurgen Klopp. Hətta bir dəfə “Benfika”nın bir gün çalışdırmaq istədiyi böyük klub olduğunu demişdi. Bunu deyən adam başqalarından daha çox bu klubda olmağa layiqdir". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar