Kənd təsərrüfat məhsulları da bahalaşıb
Oktyabr ayında Azərbaycanda bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,9 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən Lent.az-a bildiriblər ki, qiymət artımı əsas kənd təsərrüfatı məhsullarında müşahidə olunub. Belə ki, birillik və ikiillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 3,7 faiz, arpanın 4,6 faiz, kartofun 4,0 faiz, lobyanın 0,6 faiz, pambığın 2,2 faiz, quru otun 1,7 faiz, soğanın 0,1 faiz, sarımsağın 0,7 faiz, bibərin 0,1 faiz, qarpız və yemişin 1,8 faiz, balqabağın istehsalçı qiymətləri 18,7 faiz bahalaşıb. Şirin kartofun (batat) 0,5 faiz, pomidorun 13,6 faiz, xiyarın 3,7 faiz, göy soğanın 0,7 faiz, kələmin 5,4 faiz, qırmızı turpun qiymətləri isə 12,6 faiz ucuzlaşıb.
Ötən ay çoxillik bitkilərdən üzümün istehsalçı qiymətləri 11,2 faiz, heyvanın 1,8 faiz, zoğalın istehsalçı qiymətləri 5,0 faiz bahalaşıb. Narın qiymətində isə 7,9 faiz, limonun 5,9 faiz, qozun 2,7 faiz, fındığın 1,3 faiz, almanın qiymətlərində 0,9 faiz ucuzlaşma qeydə alınıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından iribuynuzlu qaramalın istehsalçı qiymətləri 1,1 faiz, mal-ətinin (diri çəkidə) 0,2 faiz, inək südünün 4,4 faiz, camış südünün 0,1 faiz, erkək qoyunların 1,1 faiz, qoyun və keçi südünün 1,1 faiz, qoyun və keçilərin qırxılmış, yuyulmamış yunu 2,9 faiz, yumurtanın 6,8 faiz, təbii balın qiymətləri 3,7 faiz bahalaşıb. Cöngənin 3,2 faiz, diri qoyun və keçilərin 1,4 faiz, qoyun ətinin (diri çəkidə) 0,1 faiz, diri qazların 1,8 faiz, quş ətinin (diri çəkidə) qiymətləri isə 0,1 faiz ucuzlaşıb.
Elxan SALAHOV

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39