Balakəndə kafedə İNSİDENT:  bakalı başına çırpdı - HADİSƏ ANI
05 noyabr 2025 13:40 (UTC +04:00)

Balakəndə kafedə İNSİDENT: bakalı başına çırpdı - HADİSƏ ANI

0

Balakəndə yerləşən kafelərin birində xuliqanlıq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, polisə müraciət edən zərərçəkmiş aralarında yaranmış mübahisə zamanı tanışı Vasif adlı şəxsin bakalı onun başına vuraraq xəsarət yetirdiyini bildirib.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 40 yaşlı Vasif Məmmədov saxlanılıb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 404

Oxşar yazılar