Bakının aparıcı dil və təhsil mərkəzlərindən biri olan UniDestin Təhsil Mərkəzi tərəfindən təşkil olunan ingilis dili üzrə ödənişsiz səviyyə imtahanı böyük maraqla qarşılanır və iştirakçı sayı hər gün artmağa davam edir.
APA xəbər verir ki, imtahan iştirakçılara ingilis dili biliklərini beynəlxalq standartlar əsasında qiymətləndirmək imkanı yaradır. CEFR (A1–C1) standartlarına uyğun keçirilən sınaq cəmi 60 dəqiqə davam edir və nəticələr elə yerində – imtahandan dərhal sonra təqdim olunur.
Bu, imtahanı unikal edən əsas üstünlüklərdən biridir.
Bu günə qədər keçirilmiş imtahan raundları üzrə nəticələr qənaətbəxşdir:
35 nəfər artıq öz ümumi ingilis dili səviyyəsini müəyyən edib
10 iştirakçı Speaking yoxlanışında danışıq bacarıqlarını ölçdürüb
14 nəfər B1+ nəticə göstərərək rəsmi sertifikata layiq görülüb
Daha zəif nəticə göstərən namizədlərə isə şəxsi inkişaf xəritəsi hazırlanıb və onlar artıq dil səviyyəsini artırmaq üçün UniDestin-in tədris proqramlarına qoşulublar.
UniDestin Təhsil Mərkəzinin mövqeyi
Mərkəzdən verilən məlumata görə, imtahanın əsas məqsədi yalnız səviyyəni müəyyənləşdirmək deyil, hər bir iştirakçının real inkişaf trayektoriyasını göstərməkdir: “Bizim üçün ən dəyərli nəticə iştirakçının öz potensialını görməsi və inkişaf üçün konkret addım atmasıdır. Bu imtahan sadəcə dil səviyyəsini müəyyənləşdirmək üçün deyil, həm də doğru istiqamət tapmaq üçün bir fürsətdir”.
İmtahanın fərqləndirici üstünlükləri:
• CEFR standartlarına uyğun peşəkar qiymətləndirmə
• 60 dəqiqəlik test və ani nəticə
• B1+ nəticə üçün rəsmi sertifikat
• Hər iştirakçıya fərdi inkişaf xəritəsi təqdim edilməsi
Qeydiyyat hələ də davam edir və ödənişsizdir. İmtahanda iştirak etmək istəyənlər əvvəlcədən müraciət etməlidirlər.
Ünvan: 203 Nizami St, Baku (AF Business House, 4th floor)
Tarix: 28–30 oktyabr
Saat: 11:00–17:00
Əlaqə: +994 50 836 44 99 / +994 55 848 03 09