AFFA ilə “Azercell” əməkdaşlıq müqaviləsi bağlayıb
0
0
Mayın 24-də AFFA ilə “Azercell Telecom” MMC arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Lent.az-ın məlumatına görə, imzalanma mərasimində ilk olaraq AFFA-nın prezidenti Rövnəq Abdullayev çıxış edib: “Son vaxtlar ölkəmizdə futbolun kütləviliyinə, uşaq futboluna diqqət xeyli artıb. İnanırıq ki, AFFA ilə Azercell arasında imzalanan müqavilə bu sahənin inkişafında xüsusi rol oynayacaq. Ümidvarıq ki, respublikamızda fəaliyyət göstərən digər nüfuzlu şirkətlər də futbolun inkişafı üçün zəruri addımlar atacaqlar”.
“Azercell Telecom” MMC-nin prezidenti Ali Ağan isə çıxışında bildirib ki, şirkət ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən tədbirlərdə fəal iştirak edir və idman da bu baxımdan istisna deyil: “Bizim başlıca məqsədimiz Azərbaycanının bizimlə qürur duymasıdır”.
Daha sonra AFFA prezidenti Rövnəq Abdullayev və “Azercell Telecom” MMC-nin prezidenti Ali Ağan iki təşkilat arasında əməkdaşlıq müqaviləsini imzaları ilə rəsmiləşdiriblər.
AFFA prezidenti Rövnəq Abdullayev üzərində Azərbaycan millisinin üzvlərinin imzası olan 14 nömrəli formanı “Azercell Telecom” MMC-nin prezidenti Ali Ağana hədiyyə edib. Sonra hər iki təşkilatın prezidenti Azərbaycan milli komandasının üzvləri ilə xatirə şəkli çəkdiriblər.
Rəsmi hissə başa çatdıqdan sonra tədbir bədii hissə ilə davam etdirildi.
Şəhriyar Əlizadə

Oxşar yazılar

Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05
“Sürətli Şans” başladı: “Azərlotereya” ilə “Toyota Corolla” və pul mükafatları qazan!
2 sentyabr 2025 , 10:47
Azərbaycanın bu ərazilərində işıq olmayacaq
2 sentyabr 2025 , 09:50