Abşeronda 14 yaşlı oğlan süni göldə batdı  - YENİLƏNİB
03 sentyabr 2025 14:59 (UTC +04:00)

Abşeronda 14 yaşlı oğlan süni göldə batdı - YENİLƏNİB

0

Abşeronda süni göldə batanın kimliyi bilinib.

Lent.az-ın əldə etdiyi məlumata görə, Digah qəsəbəsində gölməçədə boğulub ölən şəxs 14 yaşlı Ayxan Zülfü oğlu Abdullazadədir.

***
2 sentyabr, saat: 17:02

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Digah qəsəbəsində 1 nəfərin süni sututarında batması barədə məlumat daxil olub.

Lent.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***
15:29

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Digah qəsəbəsində 1 nəfərin süni sututarında batması barədə ilkin məlumat daxil olub.

Bu barədə Lent.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1800

Oxşar yazılar