Salyanda maşın 2 nəfəri  vurdu
04 sentyabr 2025 02:02 (UTC +04:00)

Salyanda maşın 2 nəfəri vurdu

0

Salyanda sərxoş sürücü mağazanın qarşısında dayanan iki nəfəri vurub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Qaraçala kəndi ərazisində baş verib. "Mercedes" markalı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücü mağazanın qarşısında dayanan Qaraçala kənd sakinləri, 1991-ci il təvəllüdlü İmanov Fərid Əvəz oğlunu və 1992-ci il təvəllüdlü Kazımzadə Anar Elxan oğlunu vurub.

Nəticədə hər iki piyada müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 424

Oxşar yazılar