Azərbaycan radiosunun binası sökülür
03 sentyabr 2025 15:45 (UTC +04:00)

Azərbaycan radiosunun binası sökülür

0

Azərbaycan Radiosunun binasında söküntü işləri aparılacaq.

Lent.az APA-ya istinadla xəbər verir ki, radionun fəaliyyətində fasilə yaranmasın deyə, əməkdaşlar işlərini Azərbaycan Televiziyasının (AzTV) binasında davam etdirəcəm.

AzTV-nin mətbuat xidməti faktı APA-ya təsdiqləyib. Bildirilib ki, radionun binası söküldükdən sonra təməlqoyma və yeni binanın tikintisi gözlənilir:

“Azərbaycan radiosunun yeni binasının neçə mərtəbədən ibarət olacağı hələ ki məlum deyil. Bu, gələcək situasiya və əməkdaşların sayına görə dəyişə bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 558

Oxşar yazılar