Ucarda bədbəxt hadisə - Yük maşınının vurduğu piyada öldü
03 sentyabr 2025 23:45 (UTC +04:00)

Ucarda bədbəxt hadisə - Yük maşınının vurduğu piyada öldü

0

Ucarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA- nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında rayonun H. Əliyev prospektində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Mirzəxan Tahir oğlu Həmidov idarə etdiyi "Hyundai" markalı yük avtomobili ilə piyada, 1954-cü il təvəllüdlü Gülşən Məhəmmədəli qızı Həmidovanı vurub.

Zərərçəkən Ucar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona ilkin yardım göstərildikdən sonra Göyçay Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Həkimlərin səyinə baxmayaraq G. Həmidovanı xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar