Sosial ipoteka da başlayır
0
0
Güzəştli şərtlərlə ipoteka krediti almaq hüququna malik olanlar bu gündən müvəkkil banklara müraciət edə bilər
Bu gündən etibarən ölkədə güzəştli ipoteka kreditlərinin verilməsinə başlanır. Güzəştli ipoteka kreditini almaq istəyən vətəndaşlar qeyd olunan tarixdən müvəkkil kredit təşkilatlarına müraciət edə bilərlər.
Azərbaycan İpoteka Fondunun mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, 2009-cu il Dövlət büdcəsində güzəştli ipoteka kreditləri üçün nəzərdə tutulmuş 14 milyon manat vəsaitin bir hissəsi fondun hesabına köçürülüb.
Fondda bildirirlər ki, güzəşti ipoteka kreditləri illik 4 faiz olmaqla 30 il müddətinə verilir. Bu şərtlərlə verilən kreditin maksimum məbləği 35 min manatdır. Belə kreditlər yaşı 35-i keçməyən və xüsusi güzəştli təbəqəyə daxil olan gənc ailələr üçün nəzərdə tutulub. Bu təbəqələrə şəhid ailəsinin üzvləri, milli qəhrəmanlar və onun ailə üzvləri, məcburi köçkünlər, dövlət qulluqçuları, elmi işçilərə, hərbçilərə və xüsusi xidmətləri olan idmançılar daxildir.
Adi kreditlərdə olduğu kimi, güzəştli ipoteka kreditlərində də mənzilin dəyərinin 15 faizini borcalan əvvəlcədən ödəməlidir. İpoteka kreditləşməsi ilə alınan mənzil bank tərəfindən girov saxlanılır. Borc tam ödənildikdən sonra həmin əmlak girovluqdan azad olunur.
Elxan SALAHOV

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05