Sosial ipotekada “çörəkpulu”
0
0
Kreditləşmə zamanı məcburi köçkünlərin “çörəkpulu” adlanan müavinətləri də ailənin gəliri kimi nəzərə alınacaq
Azərbaycanda imtiyazlı vətəndaşlar üçün nəzərdə tutulan sosial ipoteka kereditləşməsinin başlanmasına dair müvəkkil banklara hələ məlumat verilməyib. Bu səbəbdən də güzəştli şərtlərlə ipoteka krediti almaq istəyənlərin sənədlərini nə vaxtdan təqdim edəcəyi hələ məlum deyil.
Müvəkkil banklardan Lent.-a verilən məlumata görə, sosial ipoteka kreditləşməsinin başlanmasına ilə bağlı Azərbaycan İpoteka Fondundan onlara tapşırıq verilməyib. Bununla belə, sosial ipoteka kreditləşməsinə başlamaq üçün ciddi hazırlıq işləri görülür. Banklarda deyirlər ki, prosesə başlamaq barədə yuxarı orqanlardan taşırıq olacağı təqdirdə, dərhal sənədlərin qəbuluna start veriləcək.
Müvəkkil banklarda onu da bildirirlər ki, güzəştli şərtlərlə birgə borcalan qismində yalnız 3 nəfər iştirak edə bilər. Bunlardan biri yaşı 35-i keçməyən əsas borcalan, digər ikisi onun ailə üzvləri olmalıdır. Ailə üzvləri dedikdə isə yalnız borcalanın həyat yoldaşı, qardaşı, bacısı, atası və anası nəzərdə tutulur.
Xatırladaq ki, sosial ipotekadan şəhid ailəsinin üzvləri (əri/arvadı, övladları), Milli Qəhrəmanlar (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxslər, 3 ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxslər, elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxslər, 3 ildən az olmayan müddətdə hərbi xidmətdə olmuş hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçularından başqa) istifadə etmək hüququ var.
Müvəkkil banklarda deyirlər ki, bu növ kreditləşmədən istifadə etmək istəyən ailələrin bütün gəlirləri nəzərə alınacaq. Həmçinin məcburi köçkün olan borcalana dövlət tərəfindən verilən və “çörəkpulu” adlanan müavinətlər də ailənin gəlirlərinin üzərinə hesablanacaq. Bu zaman boralan həmin müavinətin məbləğini göstərən arayışı da borc verən təşkilata təqdim etməlidir.
Elxan SALAHOV

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05