İpoteka kreditləşməsinə maraq artır
0
0
İyunun 1-dən bəri müvəkkil banklara edilən müraciətlərdə tələb olunan kredit vəsaitlərinin həcmi 12 milyon manatı keçib
Bu il Azərbaycanda təxminən 70 milyon manata qədər ipoteka kreditinin verilməsi nəzərdə tutulur. Bunun 14 milyon manatı dövlət büdcəsindən, 55 milyon manatı isə Azərbaycan İpoteka Fondunun buraxdığı qiymətli kağızların satışından əldə ediləcək.
Azərbaycan İpoteka Fondundan Lent.az-a bildiriblər ki, ipoteka kreditləşməsi üçün büdcədə nəzərdə tutulmuş 14 milyon manatın hamısı güzəştli şərtlər əsasında sosial ipoteka kreditlərinin maliyyələşməsinə yönəldiləcək. Həmin vəsaitin 2 milyon manatı artıq fondun hesabına köçürülüb. Hazırda fondun müvəkkil bankları həmin vəsaitlərlə borcalanlara ipoteka kreditləri ayırmaqda davam edir.
Fonddan bildiriblər ki, iyunun 1-dən ipoteka kreditləşməsinə başlanandan indiyədək müvəkkil banklara yüzlərlə müraciətlər olunub. Bu günədək banklardan 12 milyon manatdan çox ipoteka krediti istənilib.
O ki qaldı ipoteka kreditləşməsinə marağın az olmasına, Azərbaycan İpoteka Fondunda bu fikirlərlə razılaşmırlar. Fondda bildirirlər ki, Azərbaycanda ipoteka kreditlərinə tələbat böyükdür və bu əvvəlki illərlə müqayisədə müraciət edənlərin sayının çoxluğunda da özünü göstərir. Hazırda fond rəhbərliyi kreditlərin verilməsi qaydalarının ciddi nəzarət edir. Həmçinin ipoteka kreditləri hesabına mənzil almaq istəyənlərin müraciətləri, onların üzləşdiyi problemlər barədə məlumatlar da ciddi araşdırılır.
Elxan SALAHOV

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05