Koreya Azərbaycana 1,5 milyon dollar qrant ayırdı
0
0
Bu vəsait Azərbaycanda Kadastr İnformasiya Sisteminin yaradılmasına yönəldiləcək
Bu gün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə Koreyanın Xarici İşlər və Ticarət Nazirliyi arasında “Azərbaycanda Torpaq Kadastr Sisteminin təkmilləşdirilməsi layihəsi”nə dair qrant sazişi imzalanıb. Sənədi Koreya tərəfindən bu ölkənin Bakıdakı səfiri Li Kvanq Çul, Azərbaycan tərəfdən isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov imzalayıb.
Lent.az-ın məlumatına görə, Koreyanın Beynəlxalq Əməkdaşlıq təşkilatının ayırdığı qrantın məbləği 1 milyon 500 min dollardı. 18 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində seçilmiş pilot ərazidə Kadastr İnformasiya Sisteminin yaradılmasını və bu sistem üçün kompüterlərin alınmasını, kadastr xidməti üçün avadanlıq təchizatını nəzərdə tutur. Həmçinin Kadastr İnformasiya Sistemi üçün proqram təminatının alınması və bunun ölkə qanunvericiliyinə uyğunlaşdırılması da layihənin əsas məqsədlərinə daxildir.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib ki, layihənin reallaşması nəticəsində pilot ərazidə əldə edilmiş torpaq ehtiyatlarının tərkibi, vəziyyəti və hərəkəti haqqında ətraflı kadastr məlumatı dövlət torpaq kadastrının müasir texniki və texnoloji səviyyədə aparılmasını təmin edəcək. Bu layihə həmçinin torpaq ehtiyatları haqqında həqiqi və dolğun məlumatların toplanmasına, torpağa görə ödəmələrin təşkilinə, torpaq və mülkiyyətin mədəni alqı-satqısına, vətəndaşların və hüquqi şəxslərin torpaq üzərində hüquqlarının qorunmasına səbəb olacaq.
Koreyanın Bakıdakı səfiri Li Kvanq Çul isə bu razılaşmanın Azərbaycanda torpaq kadastrının hazırlanması üçün vacib rol oynayacağını deyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti bu layihəni uğurla başa çatdıracağı təqdirdə Koreya tərəfi növbəti mərhələlər üzrə də layihələrin reallaşmasına dəstək verəcək.
Elxan SALAHOV

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05