Qeyri-yaşayış sahələri və icarə bazarında qiymət azalıb
0
0
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi qeyri-yaşayış sahələri bazarında apardığı növbəti monitorinqin nəticələrini açıqlayıb. Təşkilatdan Lent.az-a daxil olan nəticələrdə may ayında qeyri-yaşayış sahələri və icarə bazarlarında qiymət azalması qeydə alındığı bildirilib. Qeyri-yaşayış sahələrində həm satış, həm də icarə qiymətlərində orta qiymət 1,2 aşağı düşüb. Bakı şəhəri üzrə 1 kv.m. qeyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) apreldə qeydə alınan 3102 ABŞ dollarından 3065 dollara qədər azalıb.
Ay ərzində qeyri-yaşayış sahələri bazarında orta qiymətlərdə, Əzizbəyov və Qaradağ rayonları istisna olmaqla, bütün rayonlarda qiymət azalması müşahidə edilib. Əzizbəyovda 1,2%, Qaradağda isə kommersiya obyektlərinin orta satış qiyməti 0,8% artıb. Qaradağ rayonunda bəzi seqmentlər üzrə əmlak qiymətlərinin artımını rayon ərazisində yeni ticarət mərkəzinin istifadəyə verilməsi və rayonda tələbin artımı ilə əlaqəlidir. Əzizbəyov rayonunda isə qiymət artımına yay mövsümünün başlaması səbəb olub.
Bazarda qeyri-yaşayış sahələrinin 1 kv.m-nin orta qiymətindən (3065 ABŞ dolları) aşağı olan obyektlər ümumi portfeldə 61,9% paya malikdir.
Aparılan araşdırmalara əsasən qiymət azalması ötən rüblə müqayisədə 6,5%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 15% təşkil edib.
Qeyri-yaşayış sahələri üzrə aparılan əməliyyatlar üzrə ekspozisiya müddətinin artım tempi 2% təşkil edib. Buna müvafiq olaraq bazarda ekspozisiya müddətinin artımı risk dərəcəsini də yüksəldib.
Pərvin ABBASOV

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05