Azərbaycanın bu rayonunda üç gün  qaz olmayacaq
22 may 2024 18:24 (UTC +04:00)

Azərbaycanın bu rayonunda üç gün qaz olmayacaq

Mayın 23-də Şəmkir rayonunun qaz təchizatında fasilə yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Lent.az-a bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus "Qazıməmməd-Qazax" I xətt yüksək təzyiqli magistral qaz kəmərinə yeni çəkilmiş yüksək təzyiqli kəmərlərin birləşdirilməsi ilə bağlı mayın 23-də saat 10:00-dan mayın 25-dək (3 gün müddətində) işlər başa çatanadək "Şəmkir-1 Əhali", "Şəmkir-2 Sənaye", "Çinarlı əhali", "Çinarlı Sənaye", "Əliyaqublu 1 və 2" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Şəmkir rayon mərkəzi daxil olmaqla, rayonun iki qəsəbə və 14 kəndinin qaz təchizatında üç gün müddətində müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2307
avatar

Oxşar yazılar