“Bizon Max Kokteyl Yarışması 2026” uğurla başa çatıb  -FOTOLENT
27 fevral 2026 10:45 (UTC +04:00)

“Bizon Max Kokteyl Yarışması 2026” uğurla başa çatıb -FOTOLENT

0

2026-cı ilin ən iddialı bar layihələrindən biri olan “Bizon Max Kokteyl Yarışması” uğurla yekunlaşıb. Layihə zamanı HoReCa sektorunun peşəkarları bir araya gəlib. Yarışma əyləncə sektorunda kokteyl mədəniyyətinin inkişafına xüsusi töhvə verən irimiqyaslı platformaya çevrilib.

Müsabiqəyə ümumilikdə 72 nəfər müraciət etmişdi. Final gecəsində isə iştirakçı sayı 250 nəfərdən çox olmuşdu.

Yarışda iştirakçılar yaradıcılıq, texniki bacarıq və təqdimat meyarları əsasında qiymətləndirilib. Münsiflər heyəti tərəfindən seçilən ən yaxşı kokteyllərin restoran və bar menyularına daxil edilməsi üçün tövsiyə olunacağı bildirilib.

Qaliblərə yarışmanın nəticələrinə uyğun olaraq dəyərli hədiyyə və mükafatlar təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar