Daha 4 rayonda “Azəriqaz”ın “Açıq mikrofon”u qurulacaq
18 iyun 2022 13:58 (UTC +04:00)

Daha 4 rayonda “Azəriqaz”ın “Açıq mikrofon”u qurulacaq

Daha 4 rayonda “Azəriqaz”ın “Açıq mikrofon”u qurulacaq

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. 

Lent.az xəbər verir ki, növbəti həftə (21-22.06.2022 tarixləri) daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək. Aksiya həftənin ikinci günü saat 14:00-dan 15:00-dək  Ağstafa rayonunda (Köçəsgər kəndi), 17:00-dan 18:00-dək Tovuz rayonunda  (Çatax kənd icra nümayəndəliyinin qarşısı), 3-cü günü saat 11:00-dan 12:00-dək Gədəbəy rayonunda (Qoşabulaq kəndi, Tibb məntəqəsinin qarşısı), 14:00-dan 15:00-dək isə Şəmkir rayonunda (Aşağı Seyfəli kəndi) baş tutacaq. 

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
 

# 1206
avatar

Oxşar yazılar