Kriptovalyutanın bilmədiyimiz təhlükələri  nələrdir?
30 yanvar 2023 12:28 (UTC +04:00)

Kriptovalyutanın bilmədiyimiz təhlükələri nələrdir?

Kaspersky şirkəti insanların kriptovalyutalara münasibəti ilə bağlı araşdırma aparıb. 

Lent.az xəbər verir ki, araşdırmalar nəticəsində məlum olub ki, respondentlərin demək olar ki, yarısı (48%) qeyri-sabitlikdən qorxaraq rəqəmsal puldan imtina edib. 

Üstəlik, respondentlərin 10%-i artıq aktivlərini itirdiyini və nəticədə investisiyalardan imtina etdiyini açıqlayıblar. Kriptovalyuta sahibi olmayan respondentlərin 61%-i vəsait itirmək riski səbəbindən ondan istifadə etməyi düşünmədiyini bildiriblər.

Həmçinin respondentlərin 14%-i kriptovalyutanın dəyərinin heç bir maddi aktivlə təmin edilməməsindən narahatdırlar, respondentlərin 6%-i isə kiberhücumlar nəticəsində şəxsi məlumatların sızması risklərindən qorxurlar.

Kriptovalyutaların üstünlüklərindən təhlükəsiz istifadə etmək üçün bu qaydalara əməl etməliyik:

• hər bir hesab üçün güclü, unikal şifrələrdən istifadə edin, bununla hesabınızın sındırılmasının qarşısını ala bilərsiniz;

• şübhəli e-poçt və linklərdən ehtiyatlı olun: fişinq hücumçularının köməyi ilə təcavüzkarlar qurbanları şəxsi hesab və ya şəxsi məlumatlara giriş üçün hesab məlumatlarını ötürməyə inandırmağa çalışırlar;

• kriptocüzdanınızın kilidini açmaq üçün itifadə etdiyiniz şəxsi açarlarınızı heç kimlə paylaşmayın;

• rəqəmsal savadlılığa diqqət yetirin: mövcud kibertəhlükələrdən və kriptovalyutadan qorunma təcrübələrindən xəbərdar olun. Mümkün aldatma sxemləri haqqında nə qədər çox bilsəniz, onlara qarşı daha yaxşı mübarizə apara biləcəksiniz;

• bütün cihazlarda etibarlı təhlükəsizlik həlli quraşdırın. Məsələn, Kaspersky məhsulları kriptovalyutalarla bağlı təhlükələrin, o cümlədən kriptovalyuta mədənçiliyi üçün kompüterin icazəsiz istifadənin qarşısını alır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1485
avatar

Arzu Qurbanlı

Oxşar yazılar