Lukaşenko  qiymətlərin qalxmasını   qadağan etdi
06 oktyabr 2022 16:18 (UTC +04:00)

Lukaşenko qiymətlərin qalxmasını qadağan etdi

Belarus prezidenti Aleksandr Lukaşenko oktyabrın 6-dan səlahiyyətli dövlət orqanlarının icazə verdiyi hallar istisna olmaqla, hər hansı qiymət artımına qadağa qoyub. 

Lent.az Belarus mediasına istinadla bildirir ki, o, belə bir göstərişi iqtisadi blokla inflyasiya mövzusunda keçirdiyi görüşdə verib.

“Hər hansı qiymət artımı qadağandır. Qa-da-ğan-dır! Bu gündən. Sabahdan yox, bu gündən. Qiymətlər bir gecəyə qalxmasın. Allah eləməsin, mühasibatlıq şöbəsində kimsə geri tarixə bəzi hesablamalar edərsə, yenidən hesablamalar aparılacaq", - Lukaşenko deyib.

Dövlət başçısının sözlərinə görə, qiymətlərin qaldırılması üçün antiinhisar tənzimləmə və ticarət nazirinin, Minsk şəhər İcraiyyə Komitəsinin, rayon icraiyyə komitələrinin sədrlərinin razılığı lazımdır. Onların razılığı olmadan qiymətlər qalxa bilməz.

Lukaşenko belə bir qərarın nəzarətsiz inflyasiya ilə bağlı olduğunu izah edib. O əmindir ki, malların qiyməti artıq tavana çatıb və hərəkətsiz qalmaq mümkün deyil. Eyni zamanda, qazanc əldə etməyin mümkünsüzlüyü qarşısında obyekti bağlamağa və ya bazarı tərk etməyə çalışacaq biznesi hədələyib. "Siz buna görə cavab verəcəksiniz", - prezident söz verib.

Tapşırıqların icrasına nəzarəti baş prokuror və Dövlət Nəzarəti Komitəsinin sədri həyata keçirəcək. Dövlət başçısı yeni şəraitdə bizneslə məşğul ola bilməyəcək, zərərlə işləmək istəməyən sahibkarların dərhal saxlanılaraq cinayət işi başlanması barədə göstəriş verib.

 

# 1707
avatar

Oxşar yazılar