Maşın bazarında bahalaşma olacaq? – EKSPERT AÇIQLADI
30 mart 2023 15:28 (UTC +04:00)

Maşın bazarında bahalaşma olacaq? – EKSPERT AÇIQLADI

Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkəyə gətirilməsi məhdudlaşdırılacaq. 

Nazirlər Kabinetinin bu qərarı cəmiyyətdə böyük müzakirələrə səbəb oldu.

Maraqlıdır, görəsən bu qərardan sonra avtomobillərin qiymətində bahalaşma olacaqmı?

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Lent.az-a açıqlamasında bildirib ki, yeni qərar ölkədə avtomobil parkının yenilənməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlib. 

Onun sözlərinə görə, ölkədə yaşı 10 ildən çox olan avtomobillərin sayı həddindən artıq çoxdur:

“Bu qərar 30 gündən sonra qüvvəyə minəcək. Hazırda isə vətəndaşların əksəriyyəti xarici ölkədən avtomobil sifariş edib. Amma həmin avtomobillərin xaricdən ölkəyə gəmi vasitəsilə gətirilməsi minimum 2 ay çəkir. Düşünürəm ki, bütün bunlar nəzərə alınmalı və həmin qanun 30 gündən sonra yox, 60 gündən sonra qüvvəyə minməlidir. Düşünürəm ki, bu qərardan sonra maşın bazarında avtomobillərin qiymətində bahalaşma olacaq”.

Eldəniz Cəfərov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, son illərdə Gürcüstandan Azərbaycana yararsız, ömrünü başa vurmuş dəmir-metallon daşınır.

O, bildirib ki, yeni qərar vasitəsilə bunun qarşısı nisbətən alınacaq:

“Həmçinin bu qərarın verilməsi qarşıdan gələn yeni qərarı şərtləndirir. Hesab edirəm ki, Azərbaycanda bundan sonra “Avro-5” ekoloji standartlar tətbiq oluna bilər”.

# 3819
avatar

Arzu Qurbanlı

Oxşar yazılar