Naxçıvanda İranda rüşvət tələbinə görə -AKSİYA -VİDEO
19 mart 2023 16:18 (UTC +04:00)

Naxçıvanda İranda rüşvət tələbinə görə -AKSİYA-VİDEO

Naxçıvanda yanacaq qıtlığı yarana bilər.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, TIR sürücüləri artıq 10 gündən çoxdur ki, yola çıxmaqdan imtina edirlər.

Bu gün naxçıvanlı TIR sürücüləri yenidən Naxçıvan şəhər TIR parkında aksiya keçiriblər. Onlar İran gömrüyünün əməkdaşlarının son iki ayda hər dəfə sərhədi keçərkən rüşvət tələb etməsinə etiraz olaraq artıq səfərə çıxmayacaqlarını bildiriblər.

Sürücülər qeyd edib ki, artıq mart ayının 8-dən sonra heç bir TIR Bakıya getməyib və oradan da bura heç bir TIR gəlməyib. Belə olacağı təqdirdə, sürücülər məsələ həll olunanadək səfərə çıxmayacaqlarını bildiriblər.

 

# 3054
avatar

Oxşar yazılar