Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev
17 may 2026 11:23 (UTC +04:00)

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev

Qarabağla Şərqi Zəngəzurda mənzil və inftastruktur layihələrinə yatırılan vəsaitin həcmi açıqlanıb

0

Mənzil siyasəti urbanizasiya strategiyamızın əsas istiqamətlərindən biridir.

Lent.az "APA-Economics”-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində nazirlərin toplantısı zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O qeyd edib ki, 2016-cı ildə Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasından sonra 12 mindən çox ailə əlçatan mənzil layihələrindən faydalanıb, on minlərlə insan isə bazar qiymətindən aşağı ipoteka mexanizmləri vasitəsilə mənzil maliyyələşməsinə çıxış əldə edib:

“Yeni Şəhər Gündəliyinin Azərbaycanda praktiki tətbiqinin ən güclü nümunələrindən biri Böyük Qayıdış Proqramıdır.

İşğal və ekosidə məruz qalmış şəhər və kəndlərin yerləşdiyi azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparılır və həmin yaşayış məntəqələri müasir şəhərsalma prinsipləri əsasında sıfırdan bərpa olunur.

Son beş ildə Azərbaycan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində infrastruktur və mənzil layihələrinə təxminən 14,7 milyard ABŞ dolları sərmayə yatırıb. 2028-ci ilədək ümumi investisiyanın 18 milyard dollara çatacağı gözlənilir.

Bu layihələr ağıllı infrastruktur, bərpa olunan enerji, dayanıqlı torpaq istifadəsi və rəqəmsal idarəetmə sistemlərini özündə birləşdirir. Yeni xüsusi planlaşdırma yanaşmasına uyğun olaraq region ərazisinin yarısından çoxu yaşıl zona kimi müəyyən edilib.

Böyük Qayıdış Proqramının effektiv icrası məqsədilə hökumət xüsusi institusional mexanizm yaradıb və azad edilmiş ərazilər üzrə Prezidentin xüsusi nümayəndələri təyin olunub”, - Anar Quliyev əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 152

Oxşar yazılar