Toyuq, kök, pendir və yumurta ilə salat RESEPT
16 may 2026 19:25 (UTC +04:00)

Toyuq, kök, pendir və yumurta ilə salat RESEPT

0

Sadə, şirəli və əlçatan məhsullardan hazırlanan bu salatda bütün inqrediyentlər bir-birini mükəmməl tamamlayır. Bu ləzzətli və bir qədər ədviyyəli salatı istənilən bayram süfrəsi üçün hazırlaya bilərsiniz qonaqlarınızın çox xoşuna gələcək.

Lent.az bu resepti təqdim edir:

Tərkibi:

toyuq filesi - 300 q

yumurta - 3 ədəd

təzə kök - 1 ədəd (iri)

sərt pendir - 100 q

sarımsaq - 2 diş

mayonez - 2 x.q.

xama - 1 x.q.

qara istiot (üyüdülmüş)

duz

Hazırlanması:

Toyuq filesini qazana qoyun, duz əlavə edin və qaynamağa başladıqdan sonra 25 dəqiqə bişirin. Sonra bulyonun içində soyudun və liflərə ayırın. Yumurtaları 10 dəqiqə qaynadın. Soyudun, qabığını təmizləyin və xırda kub şəklində doğrayın. Kökü yuyun, qabığını soyun və orta sürtgəcdən keçirin. Sarımsağı təmizləyin və presdən keçirin. Pendiri də orta sürtgəcdən keçirin. Bir qabda toyuq filesini, yumurtanı, kökü, pendiri və sarımsağı qarışdırın. Üzərinə qara istiot və duz əlavə edin, mayonez və xama ilə qarışdırın, yaxşıca qarışdırıb salat qabına yerləşdirin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar