Maimuna Mohd Şərif: Bakıda 5 gün ərzində hərtərəfli müzakirələr aparılacaq
17 may 2026 09:31 (UTC +04:00)

Maimuna Mohd Şərif: Bakıda 5 gün ərzində hərtərəfli müzakirələr aparılacaq

0

Hazırda əsas məsələ dünyanı mənzillə təmin etməkdir.

Lent.az APA-ya istinadən  xəbər verir ki, bunu Malayziya hökumətinin Dayanıqlı Urbanizasiya üzrə müşaviri Maimuna Mohd Şərif WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Əlbəttə, Ümumdünya Şəhərsalma Forumu dayanıqlı urbanizasiya ilə bağlı bütün problemlərin müzakirə olunduğu bir platformadır. Burada bütün icmalar — siyasətçilər, yerli, regional, milli və qlobal səviyyədəki liderlər, həmçinin ictimaiyyət, gənclər və özəl sektor bir araya gələrək urbanizasiya problemlərini müzakirə edirlər.
Hazırda əsas məsələ dünyanı mənzillə təmin etməkdir.

Keçmiş bələdiyyə sədri və keçmiş icraçı direktor kimi deyə bilərəm ki, mənzil məsələsi həyatla çox sıx bağlıdır", - o qeyd edib.

O vurğulayıb ki, beş gün ərzində Bakıda bütün bu məsələlər hərtərəfli müzakirə ediləcək: "Ümid edirəm ki, günün sonunda müəyyən nəticələr əldə olunacaq. Məsələn, Malayziyada biz həmin nəticələri necə tətbiq edə biləcəyimizi, qərarları və fəaliyyət planlarını necə həyata keçirəcəyimizi görəcəyik. Eyni zamanda ümid edirəm ki, digər liderlər də eyni addımları atacaqlar.
Mənzil məsələsi iqlim dəyişikliyi və iqlimə davamlılıqla da sıx bağlıdır. Beləliklə, mənzil insanların rifahı və yaşayışı üçün əsas sütundur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar