Qəbələ sakinlərindən "Azəriqaz"a MÜRACİƏT
27 yanvar 2023 17:24 (UTC +04:00)

Qəbələ sakinlərindən "Azəriqaz"a MÜRACİƏT

“Səyyar qəbul otağı” həftənin son iş günü Qəbələ rayonunda təşkil olunub.

"Azəriqaz"dan Lent.az-a verilən məlumat görə, “Açıq mikrofon” aksiyası həftənin son iş günü Qəbələ rayonunda keçirilib.

Mikrofon önünə çıxan abonentlərdən Cavad Əhmədov qaz sayğacının yerinin dəyişdirilməsini xahiş edib. Yemişanlı kənd sakini Elman Rəfiyev küçə qaz xəttinin çəkilməsi ilə bağlı müraciət ünvanlayıb.

Bəzi hallarda qazın təzyiqinin aşağı düşməsindən narazı olan Rəhman İsgəndərovun müraciəti də Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydiyyata alınıb. Görüşdə səsləndirilən müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə yönləndiriləcəyi vurğulanıb.

# 1590
avatar

Fidan İlqar

Oxşar yazılar