Ruslan Əliyev Mübariz İbrahimovun ev muzeyini ziyarət edib -FOTO
27 sentyabr 2022 16:28 (UTC +04:00)

Ruslan Əliyev Mübariz İbrahimovun ev muzeyini ziyarət edib -FOTO

Xalqımızın 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi qeyd olunur. Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Heç kimə bənzəmədən ömrünü ömürlərə - Vətənə bağışlayan oğullardı şəhidlər. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Vətən sevgisiylə bizlərin qüruru, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimov kimi. 

Lent.az xəbər verir ki, SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Biləsuvar rayonuna səfəri çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ev muzeyini ziyarət edib, büstü qarşısına gül dəstələri qoyub. Muzeydə yaradılan şəraitlə tanış olan Birlik rəhbəri şəhidin atası ilə görüşüb.
 "Mübariz üçün Vətən hər şeydən üstün, qiymətli və hər şeydən uca idi. Onun Vətənə olan sevgisi, qəhrəmanlıq salnaməsi bütün gənclərə örnək olmalıdır. Bu cür milli ruhda övlad tərbiyyə etdiyiniz, böyütdüyünüz üçün sizə təşəkkür edirəm.", - deyə baş direktor bildirib. Daha sonra Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Ruslan Əliyev Milli Qəhrəmanın ev muzeyində istifadə üçün televizor hədiyyə edərək şəhidin vaxtı ilə yaşadığı fərdi yaşayış evində olub.

Görüş zamanı Mübariz İbrahimovun valideynlərinin qayğıları ilə maraqlanan baş direktor, şəhid ailələrinin xidmətində durmağın hər bir kəsin mənəvi borcu olduğunu qeyd edib.

# 1374
avatar

Oxşar yazılar

Dünyanın ən çox  qızıl ehtiyatı   olan ölkələri - SİYAHI

Dünyanın ən çox qızıl ehtiyatı olan ölkələri - SİYAHI

6 dekabr 2022 , 19:12
Quba sakinlərindən "Azəriqaz"a MÜRACİƏT

Quba sakinlərindən "Azəriqaz"a MÜRACİƏT

6 dekabr 2022 , 17:13
"Kapital Bank"ın Baş direktoru: "2020-2023-də əsas hədəflərimizdən biri bazardakı birinciliyi qorumaq idi" ®

"Kapital Bank"ın Baş direktoru: "2020-2023-də əsas hədəflərimizdən biri bazardakı birinciliyi qorumaq idi" ®

6 dekabr 2022 , 12:08
Veteranların müraciətinə "Azəriqaz"dan  REAKSİYA

Veteranların müraciətinə "Azəriqaz"dan REAKSİYA

6 dekabr 2022 , 11:30
"Azəriqaz" Mingəçevirdə vətəndaş qəbulu  keçirib

"Azəriqaz" Mingəçevirdə vətəndaş qəbulu keçirib

5 dekabr 2022 , 16:31
Azərbaycandan “OPEC plus”un qərarına-MÜNASİBƏT

Azərbaycandan “OPEC plus”un qərarına-MÜNASİBƏT

4 dekabr 2022 , 17:47
Lokal dayanmalarla bağlı sosial şəbəkələrdəki reaksiyalara cavab: “Azəriqaz” qışa tam hazırdır!” -  VİDEO

Lokal dayanmalarla bağlı sosial şəbəkələrdəki reaksiyalara cavab: “Azəriqaz” qışa tam hazırdır!” - VİDEO

2 dekabr 2022 , 19:48
“The Banker” ABB-ni "İlin bankı” elan etdi®

“The Banker” ABB-ni "İlin bankı” elan etdi®

2 dekabr 2022 , 18:57