Sabah Bakının bu qəsəbəsində  qaz olmayacaq
21 fevral 2024 18:26 (UTC +04:00)

Sabah Bakının bu qəsəbəsində qaz olmayacaq

Sabah Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.

 SOCAR “Azəriqaz” İstehsalat Birliyindən Lent.az-a verilən məlumata görə, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə 22.02.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri görülən müddətdə Qaraçuxur qəsəbəsinin Vüqar Quliyev, Fərman Kərimzadə, Əhməd Mehbalıyev, Zaur Şərifov, Rafiq Əlicanov və Yaşar Əliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

# 4203
avatar

Oxşar yazılar