Samux rayonunda "Azəriqaz"a 9 müraciət ünvanlandı
04 dekabr 2023 17:32 (UTC +04:00)

Samux rayonunda "Azəriqaz"a 9 müraciət ünvanlandı

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin “Səyyar qəbul otağı” həftənin ilk iş günündə Samux rayonunda təşkil olunub.

Lent.az xəbər verir ki, 9 müraciətin ünvanlandığı aksiyada sakinlərin istəkləri müxtəlifliyi ilə seçilib.

Qaz sayğacının yerinin dəyişdirilməsilə yanaşı, yenisi ilə əvəzlənməsini də xahiş edən olub. Aksiyanın keçirildiyi Sərkar kəndinə qonşu Qarabağlı kəndindən qatılan Arzu İsmayılov genişlənmiş ərazidə yaşayan 17 fərdi yaşayış evinin sakinləri adından çıxış edərək küçə qaz xətlərinin çəkilməsini istəyib. Qeyd edilən müraciətlərlə bərabər  debitor borcun ödənilməsinə möhlət verilməsini istəyən fərdi sahibkarlar da mikrofon önünə çıxaraq problemlərini dilə gətiriblər. Hər bir müraciət araşdırılması üçün Gəncə RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydiyyata alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3450
avatar

Fidan İlqar

Oxşar yazılar