“Toyota” istehsalı dayandırdı - SƏBƏB
17 iyun 2022 19:31 (UTC +04:00)

“Toyota” istehsalı dayandırdı - SƏBƏB

Çinin Şanxay   şəhərində  “Covid-19” epidemiyasının qarşısını almaq üçün həyata keçirdiyi məhdudlaşdırıcı tədbirlər, Yaponiya şirkətlərinin istehsal imkanlarına təsir edir.

“Toyota Motors” avtomobil şirkəti  də  Şanxay şəhərində koronavirusa görə.  həyata  keçirilən  sərt   tədbirlər  nəticəsində Çindən   idxal  edilən   hissələrin   tədarükünün  dayandırılmasını  səbəb   göstərərək   11  istehsal xətdi  üzrə   fəaliyyəti  dayandırma  qərarına gəlib.    

Bildirilir  ki,  bu gündən etibarən Toyota Yaponiyanın Aiçi, İvate və Miyaqi ştatlarında  yerləşən 7 obyektində iyulun 8-dək 11 istehsal xəttini dayandıracaq.

Yapon şirkəti iyun ayında qlobal istehsalının 750 minə qədər azalacağını təxmin etsə də 2023-cü ilin martında başa çatacaq 2022-ci maliyyə ili üçün 9,7 milyon qlobal avtomobil istehsalı hədəfini saxlayıb.

# 1608
avatar

Oxşar yazılar