Əmlak Məsələləri Dövlət Komitəsi mayın 7-də respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısını açıqlayıb.
Lent.az-ın Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 57 ünvanında yerləşən, sahəsi 472,2 kv.m olan 1 saylı hamamı hərraca çıxarılıb.
Hamamın start satış qiyməti 32 min, ilkin satış qiyməti 27 min 200 manatdır. Mədəniyyət və Turizm Nazirliyi Xaçmaz rayon Mədəniyyət və Turizm şöbəsinin isə Xaçmaz şəhəri, Fəhlə küçəsi, 28 A ünvanında yerləşən, ümumi sahəsi 256,9 kv.m olan “Avanqard” kinoqurğusunun isə start satış qiyməti 11 min 624 manat, ilkin satış qiyməti 9 min 880 manatdır.