Rumıniyada güclü zəlzələ baş verdi
18 noyabr 2026 05:55 (UTC +04:00)

Rumıniyada güclü zəlzələ baş verdi

0

Rumıniyanın cənub-şərqində 5,3 bal gücündə zəlzələ baş verib.

Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə saat 04:48-də təxminən 130 min nəfər əhalisi olan Buzau şəhərindən 65 kilometr şimal-qərbdə qeydə alınıb.

Zəlzələnin ocağı 140 kilometr dərinlikdə yerləşib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 116

Oxşar yazılar