"Azərenerji" işçilərinə maaş verməməsinin səbəbini açıqlayıb
16 oktyabr 2015 19:13 (UTC +04:00)

"Azərenerji" işçilərinə maaş verməməsinin səbəbini açıqlayıb

"Azərenerji" ASC-də əməkhaqqı gecikənlər bir neçə günə maaşlarını tam alacaqlar.

 

Bunu "Report"a "Azərenerji"nin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev deyib.

 

 

Ə.Baxşəliyev işçilərin əməkhaqlarının verilməsində yaranan problemlərin maliyyə çətinliyi ilə əlaqədar olduğunu bildirib: "Maliyyə çətinliyimiz var. Gələn həftə bütün əməkhaqqları tam ödəniləcək".

 

Qeyd edək ki, "Azərenerji"nin əməkdaşları avqust ayından əməkhaqqı almırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450

Oxşar yazılar