NBC Bank "Azeri Business Award - 2012" - biznes sahəsində Milli Mükafata layiq görülərək, 2012-ci il üzrə "İlin Etimad Bankı" diplomu ilə təltif olundu. Mükafat, yanvar ayının 25-i "Four Season" otelində keçirilən mərasimdə Bankın İdarə Heyətinin sədri Fuad Qənbərova təqdim olunmuşdur.
“Azeri Business Award” Milli mükafatı Azərbaycanın işgüzar aləmdə aparıcı nəşrlərindən olan “Business Time” jurnalı tərəfindən təsis olunub. Mükafatın təsis edilməsində məqsəd il ərzində nominasiyalar üzrə ən yaxşı fəaliyyət nümayiş etdirən şirkətlərin adlarını açıqlamaqla milli biznesin inkişafına töhfə verməkdən ibarətdir.
Xatırladaq ki, NBC Bank 1992-ci ildə təsis edilmiş, ölkədə ilk və aparıcı banklardan biri hesab olunur. NBC Bank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını təqdim edir. Bura, depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətləri daxildir.
NBC Bank, baş ofis ilə yanaşı, Bakı şəhərində yerləşən 7 və regionlarda 4 filial ilə əhaliyə xidmət göstərməkdədir.
Bankla əlaqə: (012) 932
http://www.facebook.com/NBCBankASC
NBCBank – hər zaman yanınızda!