(R) Unicapital yeni brokerlik və diler lisenziyaları aldı
23 yanvar 2013 18:38 (UTC +04:00)

(R) Unicapital yeni brokerlik və diler lisenziyaları aldı

0

Unibankın törəmə şirkəti olan Unicapital ASC qiymətli kağızlar bazarında fəaliyyətini davam etdirmək üçün yeni  broker  və diler lisenziyaları alıb. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin  22 yanvar 2013-cü il tarixli, 128  (brokerlik fəaliyyəti) və 129 (diler fəzliyyəti) saylı  lisenziyaları Unicapitala daha 5 il müddətində Azərbaycanın qiymətli kağızlar bazarında fəal iştirakçılardan olmağa imkan verir.

 

Son 10 il ərzində Unibank Azərbaycanın qiymətli kağızlar bazarının liderlərindən və əsas iştirakçılarından biridir. 2007-ci ildə müştərilərin sərmayə xidmətinin daha geniş xidmətlər spektri ilə təmin edilməsi üçün ixtisaslaşdırılmış törəmə şirkətin - “Unicapital” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında qərar qəbul edildi. 2008-ci ilin əvvəlindən etibarən Unicapital şirkəti tərəfindən bütün broker və diler xidmətləri, müştərilərə Unibank tərəfindən yüksək peşəkar səviyyədə xidmət göstərilməsi ənənəsinə müvafiq olaraq həyata keçirilir. 2008-ci ilin yanvar ayından Unicapital Bakı Fond Birjasının təsisçilərindən biridir. Unicapital ASC öz müştərilərinə broker  və anderrayter xidmətləri göstərir.

 

Əlavə məlumatı 498 22 44 nömrəli telefondan əldə edə bilərsiniz.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 746

Oxşar yazılar