Noyabrın 5-də baş nazir Artur Rasizadə Sumqayıt Texnologiyalar Parkına gələrək, buradakı yüksək texniki və texnoloji səviyyəli istehsalatlarla tanış olub. Lent.az-ın məlumatına görə, baş nazirə Sumqayıt Texnologiyalar Parkı barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu park MDB məkanında analoqu olmayan müasir istehsalat kompleksidir. Bu möhtəşəm kompleksin işə düşməsi ilə respublikamızın ənənəvi və alternativ energetika qurğuları yerli texnoloji avadanlıq və məhsullarla təchiz olunmağa başlanıb. Texnoparkda respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıq, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir. Ümumən, 30-a yaxın müəssisədən ibarət olacaq Texnoparkda respublika üçün mühüm əhəmiyyət kəsb edən və ixrac potensialına malik 17 zavod artıq tam gücü ilə fəaliyyət göstərir.
Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə ətraflı tanış olan A. Rasizadə buraxılan məhsulun keyfiyyətinin daim yüksəldilməsi və mövcud istehsal potensialından daha səmərəli istifadə edilməsi, habelə marketinq xidmətinin gücləndirilməsi məqsədi ilə müvafiq tapşırıq və tövsiyələrini verib.

Artur Rasizadə tapşırıq verdi
Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28