"Azərbaycanda avtomobil yollarının vəziyyəti qənaətbəxşdir”. “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovun sözlərinə görə, hazırda yolların 75 faizi təmir olunur və proses davam edir. Sürücülərin yollarla bağlı şikayətinə gəlincə, Cavid Qurbanov günahı ağır çəkili maşınlarda görüb. O, həmçinin Ziya Bünyadov prospekti boyunca yeni körpülərin tikintisi ətrafında mövcud olan problemlərin gələn ilin ortalarında həllini tapacağını vurğulayıb.
"Ziya Bünyadov prospektində çoxlu evlər inşa olunub və kommunikasiya xətləri mövcuddur, evlərin altından keçən geniş su borularının hamısının köçürülməsi müəyyən vaxt tələb edir. Biz bu kommunikasiya xətlərinin orada qalmasını və gələcəkdə problem yaratmasını istəmədik. Ona görə də ilk olaraq bu məsələlərin həllinə çalışdıq. Bununla bağlı məsələ intensiv şəkildə gedir və gələn ilin ortalarında öz həllini tapacaq”.
Cavid Qurbanov həmçinin bildirib ki, yaxın vaxtlarda Azərbaycan yollarında drenaj qurğularının istifadəsi ilə bağlı yeni qərar qəbul olunacaq.
"Əvvəllər Bakıda evlər tikiləndə drenajlara o qədər də ciddi fikir verilmirdi və səthi yanaşılırdı. Nəticədə evlərin kanalizasiya xətləri drenajlara qoşulurdu. İndi biz bunun ayrılması ilə məşğul oluruq. Hesab edirəm ki, məsələ ilə bağlı ciddi tədbirlər görüləcək. Yaxın zamanlarda yollarda mövcud problem həll olunacaq".
Naxçıvan-İran sərhədində Culfa körpüsünün istifadəyə verilməsi məsələsinə gəlincə Cavid Qurbanov qeyd edib ki, körpünün istifadəyə verilməsində Azərbaycan tərəfi maraqlıdır və hazırda bu istiqamətdə danışıqlar gedir.

Azərbaycan yollarında drenaj qurğularından istifadə olunacaq - CAVİD QURBANOV
Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28