Fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlər 1 il müddətinə gəlir vergisindən azad edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” qanunun tətbiq edilməsi barədə sərəncam verib.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, qanun banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin 2013-cü il yanvarın 1-dən 1 il müddətinə gəlir vergisindən azad edilməsini nəzərdə tutur.
Qeyd edək ki, Milli Məclis “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” qanunu dekabrın 28-də qəbul edib.