Beynəlxalq Bankın İslam bankçılığı departamenti ləğv edildi
13 oktyabr 2015 10:40 (UTC +04:00)

Beynəlxalq Bankın İslam bankçılığı departamenti ləğv edildi

 

 

Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam bankçılığı departamenti ləğv edilib.

 

Bu barədə "APA-Economics"ə bankdakı mənbə bildirib.

 

Bildirilir ki, departamentin fəaliyyəti ABB rəhbərliyinin qərarı ilə dayandırılıb.

 

"Departamentin direktoru Behnam Qurbanzadə və departamentin digər əməkdaşları işdən kənarlaşdırılıblar", - deyə mənbə qeyd edib.

 

İnformasiyanı bankdan "APA-Economics"ə təsdiqləyiblər.

 

Qeyd edək ki, ABB İslam bankçılığını regionda ilk tətbiq edən bank olub. Bank ölkədə İslam bankçılığının tətbiq edilməsi üzrə layihə çərçivəsində yaradılmış “İslam pəncərəsi”nin açılması haqqında 2012-ci ilin sentyabrında elan edib. Az sonra İdarə Heyətinin qərarı ilə bankda İslam bankçılığı departamenti yaradılıb. Departament  müştərilərinə - hüquqi və fiziki şəxslərə xidmət göstərməyə 2013-cü ilin aprel ayından başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 890

Oxşar yazılar