Güzəştli kreditlərin həcmi açıqlandı
19 mart 2013 16:46 (UTC +04:00)

Güzəştli kreditlərin həcmi açıqlandı

0

Bu ilin ötən dövrü ərzində İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 581 sahibkara 67,8 milyon manat güzəştli kredit verilib.

 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, bu kreditlər hesabına investisiya  layihələrinin reallaşdırılması 2200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

 

Ümumilikdə, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasından ötən dövr ərzində Bakı şəhəri və onun qəsəbələrində 448 investisiya layihəsinin maliyyələşdirilməsinə 103,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3500-dən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1510

Oxşar yazılar