Mərkəzi Bank məzənnə siyasətini dəyişə bilər
13 oktyabr 2015 13:45 (UTC +04:00)

Mərkəzi Bank məzənnə siyasətini dəyişə bilər

 

 

"Bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparırıq"

 

"Yüksək dollarlaşma səbəbindən Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb".

 

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

 

Onun sözlərinə görə, 2014-cü ildə AMB-nin valyuta ehtiyatları 15 mlrd. dollar olub: "Bu ehtiyatları biz daxili bazardan almışdıq. Devalvasiyadan sonra ilk dəfə may-iyun aylarında biz daxili bazardan dollar aldıq. İyul ayında isə dollarlaşma səviyyəsi yenidən yüksəldi. İndi dollarlaşma səviyyəsi 10 il əvvəlki səviyyədədir".

 

Hazırda AMB-nin valyuta ehtiyatlarının 7 mlrd. dollar olduğunu deyən E. Rüstəmov bu göstəricinin beynəlxalq normalara uyğun olduğunu bildirib.

 

Baş bankir əlavə edib ki, çevik məzənnə siyasətinə keçidlə bağlı məsələlər ciddi araşdırılır: "Bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir. Bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparırıq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 272

Oxşar yazılar